​ABŞ və koalisiya qüvvələri Suriyanı bombalayıb:25 dinc sakin ölüb

Baxış sayı:
7806

ABŞ-ın başçılığı altında koalisiya qüvvələrinin qırıcılarının Suriyanın Haseke əyalətində terrorçu İŞİD qruplaşmasının mövqeyini vurması nəticəsində Əl-Fadil kəndində 25 dinc sakin ölüb.
 
“Report” “Haber7”yə istinadən xəbər verir ki, hadisə əyalətin mərkəzindən 60 km aralı cənub-şərqdə qeydə alınıb.
Hava hücumu nəticəsində ölənlərin əksəriyyətinin uşaq və qadın olduğu bildirilib.
Bu ərazi İraqla Suriya arasındakı sərhəddə yerləşir. 2016-cı ildə İŞİD Hasekəyə aid Şedadi və Hol kəndlərindən çıxmaqla bölgədəki ən əhəmiyyətli mövqeyini itirmişdi.