ABŞ və İsrailin kuklası BƏƏ-dən YPG terrorçularına dəstək

Baxış sayı:
11791

 ABŞ və İsrailin kuklası Birləşmiş Ərəb Əmirlikləri terror təşkilatı YPG-yə dəstək çıxdığını bəyan edib. Birləşmiş Ərəb Əmirliklərinin xarici işlər naziri Məhəmməd Gargaş, YPG-nin bölgədəki vəziyyətindən dolayı narahat olduqlarını açıqlayıb.
 
Gargaş Suriyadakı YPG-nin gələcəyinə dair regional və beynəlxalq narahatlıqların qanuni olduğunu deyib.
Dəfələrlə Türkiyəyə qarşı çıxan və tənqid edən Gargaş, Twitter hesabından Suriyalı kürdlərlə bağlı açıqlama verib.
 
Narahatlıqlar qanunidir
 
İŞİD-a qarşı aparılan əməliyyatlara istinad edən Gargaş, "YPG-nin İŞİD terror təşkilatını məğlubiyyətə uğratmaqda oynadığı mərkəzi rol işığında, onların gələcəyinə dair regional və beynəlxalq narahatlıqlar qanunidir" deyib.
Gargaş açıqlamasını belə davam etdirib: "Bundan irəli gədərək YPG-nin rol və mövqeyini yalnız siyasi çərçivədə və Suriyanın ərazi bütövlüyünü qoruyacaq şəkildə ələ almaq Ərəblərin xeyrinədir".
Müxalifət.az