ABŞ və İsrail Yaxın Şərqi XAOSA SÜRÜKLƏYİR

Baxış sayı:
9220

Qalmaqal Qüds qərarından sonra ABŞ prezidenti Donald Trampın 51 ildir İsrail işğalı altındakı Qolan Təpələrində də analoji addım atacağı danışılır. İsrailli nazir, ABŞ tərəfindən Suriyaya məxsus Qolan Təpələrini İsrail torpağı olaraq tanına biləcəyini deyib.
 
İsrailin kəşfiyyat naziri Katz, Trampın Suriyaya aid Colan Təpələrini bir neçə ay ərzində İsrail torpağı olaraq tanıyacağını açıqlayıb. İsrailin kəşfiyyat naziri İsrael Katz, son müsahibəsində, işğal altındakı Qolan Təpələrinin ABŞ tərəfindən İsrail torpağı kimi tanınması tələblərinin, iki ölkə arasında diplomatik danışıqların ilk müzakirə mövzusu olduğunu və bunun bir neçə ay ərzində baş verəcəyini  deyib.
Katz, "Belə bir addım üçün mükəmməl bir zamandır. İranlılara verə biləcəyimiz ən acı cavab, Golandaki İsrail suverenliyini bir Amerikan açıqlaması, bir prezident bəyanı və qanun ilə tanımaqdır" deyə, bildirib.
İsrailli siyasətçi Yoav Kisch də ABŞ-ın Golan Təpələrini tanıması üçün ABŞ-ın İsraildəki səfiri Devid Friedmana bir məktub yazıb.
Kisch məktubunda, "1981-ci ildə İsrail Golan Təpələri üzərində suverenlik elan etdi" – deyə, yazıb.
 
GOLAN TƏPƏLƏRİ NƏ ÜÇÜN ƏHƏMİYYƏTLİDİR?
 
Zəngin su yataqlarına sahib olan bölgə İsrailin su ehtiyacının üçdə birini ödəyir. Suriyanın paytaxtı Dəməşqdən 60 kilometr məsafədə olması da İsrail-Suriya müharibəsində üstünlük təmin edə biləcək bir mövqe təşkil edir. Yəhudilərə aid müqəddəs mətnlərdə bir çox dəfə Golan ərazisinə istinad edilməsi də bölgəni dindar Yəhudilərin gözündə müqəddəsləşdirir.
Bu cür səbəblərlə İsrailin daxili siyasətində də əhəmiyyətli bir yer tutan Golan Təpələri, İsrail tərəfindən "ölkələrinin əvəzolunmaz bir hissəsi" kimi görünür.
Müxalifət.az