ABŞ VƏ İSRAİL İRANA ZƏRBƏ ENDİRMƏYƏ HAZIRLAŞIR - Yəməndən Livana qədər

Baxış sayı:
6699

Son bir neçə gündə İsrail Müdafiə Ordusunun yüksək rütbəli zabitləri Amerika Birləşmiş Ştatları (ABŞ) silahlı qüvvələri Mərkəz Komandanlığındakı həmkarları ilə «koordinasiya danışıqları» aparıblar. Məqsəd isə bölgədə İranın mümkün qisasına qarşı iki ölkənin silahlı qüvvələrinin əməkdaşlığının möhkəmləndirilməsindən ibarətdir.

Ötən cümə günündən başlayaraq, Tehranın rəsmi şəxsləri nüvə alimi Möhsün Fəxrizadənin öldürülməsinə reaksiya veriləcəyi barədə təhdidlər səsləndirirlər. İran, aparıcı mütəxəssisinin aradan götürülməsi əməliyyatının həyata keçirilməsndə İsraili açıq şəkildə günahlandırıb. Bu barədə «Breaking Defense» (BD) internet-nəşri yazıb. Nəşrin məluatına görə, İsralin Müdafiə Ordusu (SAXAL) ən yüksək hazırlıq vəziyyətinə gətirilib, xüsusilə də Livanda «Hizbullah»ın və Yəməndə husilərin əlində olan 140 min raketdən bir qisminin qarşısının alınması istiqamətində.

SAXAL müharibəyə hazırlığın təfərrüatını açıqlamır, ancaq onun raket əleyhinə müdafiə sistemləri bütün 3 səviyyədə - taktiki, operatv və uzaq məsafəli - yüksək hazırlıq vəziyyətindədir.

İsrail ekspertlərinin qiymətləndirməsinə görə, əgər yəhudi dövlətinə qarşı «qisas aktına» cürət etsə, İran güclü cavab zərbəsi ilə qarşılaşacaq. İran üzrə aparıcı İsrail ekspertlərindən biri olan Uzi Rabi «BD» nəşrinə bildirib ki, nə qədər ki, Donald Tramp Ağ Evdə qərar tutub, Tehran böyük hücumdan çəkinəcək, çünki belə hücum İrana zərbə endirmək üçün ABŞ-a bəhanə verərdi.

«Ancaq onlar nə isə etməlidirlər və bu, Livandan İsrailə raket atəşləri şəklində və ya yad ölkələrdə İsrail hədəflərinə qarşı terror aktı şəklində həyata keçirilə bilər» - Rabbi bildirib./Azpolitika.info