ABŞ və Fransadan ard-arda “Suriyadan çəkilmə” açıqlaması!

Baxış sayı:
7489

ABŞ-ın xarici işlər naziri Mayk Pompeo çıxdığı Yaxın Şərq turunda İordaniya və İraqdan sonra bu gün də Misirdə danışıqlar aparıb.
 
 Pompeo ABŞ-ın verdiyi Suriyadan çəkilmə qərarı haqqında Misirli həmkarı ilə keçirdiyi birgə mətbuat konfransında yeni bir açıqlama verib. Pompeo, "ABŞ İŞİD ilə müharibəsinə davam edərkən əsgərlərini Suriyadan çəkəcək" - deyib. Amerikalı nazir, "ABŞ-ın Yaxın Şərqdə qətiyyətli bir müttəfiq" olmağa davam etdiyini dilə gətirib.
 
FRANSADAN AÇIQLAMA
 
Fransanın XİN rəhbəri Jean-Yves Le Drian “c-news” televiziyasına verdiyi açıqlamada, Suriyada siyasi həll başa çatandan sonra Fransanın ölkədən çəkiləcəyini açıqlayıb. Le Drian, "İraqda hərbi olaraq varıq. Suriyada isə az varlığımız var. Rusiya Suriyadakı münaqişəyə siyasi həll tapmaqdan məsuldur. Rusiyanın kimyəvi silah istifadə edilməsini əngəlləmək üçün müharibə ilə deyil, Suriya probleminin siyasi həllini tapma məsuliyyəti var" deyib.
Müxalifət.az