ABŞ və Fransadan ağılları çaşdıran RUSİYA AÇIQLAMASI

Baxış sayı:
3160

ABŞ, Böyük Britaniya və Fransanın Suriyaya qarşı əməliyyat keçirməsindən sonra ABŞ və Fransadan gələn iki fərqli Rusiya açıqlaması fikirləri çaşdırdı.
 
Dünya gecə yarısı gələn son dəqiqə xəbəri ilə sarsıldı.
Amerikanın başçılığı ilə Fransa və-İngəltərənin dəstəyilə Suriyaya hava hərəkatı təşkil olunub. Paytaxt Dəməşq, Xama, Xüms, Deraadaki hərbi obyektləri hədəf alan bombalı hücuma Rusiya və İrandan sərt reaksiya gəlib.
Türkiyə isə əməliyyata dəstək verərək “Əməliyyat vicdanların səsi oldu” deyə, açıqlama verib.
 
FİKİRLƏRİ ÇAŞDIRAN AÇIQLAMALAR
 
Bombardmandan sonra Amerika və Fransa cəbhəsindən gələn iki fərqli açıqlama fikirlərin qarışmasına səbəb olub.
 
 ABŞ: RUSİYAYA DEMƏDİK - FRANSA: RUSİYAYA XƏBƏR VERDİK
 
 Amerikanın müdafiə naziri Ceyms Mattis, əməliyyat tamamlandıqdan sonra kameraların qarşısına keçib və "Bu əməliyyatdan əvvəl Rusiyaya məlumat vermədik" deyib.
Ancaq Fransanın müdafiə naziri isə əməliyyatdan əvvəl Rusiyanın xəbərdarlıq edildiyini deyib.
Müxalifət.az