ABŞ və Fransa Menbiçdə TÜRK ORDUSUNA QARŞI

Baxış sayı:
3349

Şimali Suriyada 5 nöqtəyə yerləşdirilən Fransız Ordusuna məxsus iki zirehli maşın Münbiçə gətirilib. Fransız birliyinin, ABŞ-ın Saçır çayı ətrafında apardığı patrul vəzifəsini təhvil alacağı iddia edilib.
 
Suriyanın şimalında terror təşkilatı PYD-nin nəzarət etdiyi bölgədə 5 mövqedə yerləşdirilən Fransızlar ilk mərhələdə bölgəyə İŞİD əleyhinə koalisiya üçün 70 nəfərlik bir qoşunla gəlib.
 
200 ƏSGƏR GÖNDƏRİB
 
Ancaq son hadisələrlə birlikdə bölgədəki Fransız hərbçilərinin ümumi sayının 200-ə qaldırıldığı irəli sürülür. Fransız birliklərinin, YPG-nin qurduğu SDG (Suriya Demokratik Qüvvələri) ilə koordinasiya içində olduğu bildirilir. Fransız Xüsusi Qüvvələrinə mənsub əsgərlərin İŞİD-ə qarşı yaradılan beynəlxalq koalisiya üçün Raqqa, Suriyanın şimalındakı Eyn el-Arabın (Kobani) cənubunda yerləşən Miştanur Təpəsi, Sırrin rayonu, Eyn İsa mahalı və Xarab Işk kəndindəki Fransız Lafarge sement zavodunda yerləşdiyi bildirilir.
 
SAÇURDA PATRUL
 
Fransız Xüsusi Qüvvələrinə (COS) mənsub əsgərləri ABŞ qoşunlarının Saçır çayı ətrafında apardığı patrul fəaliyyətini təhvil alacağı bildirilir. Məlum olduğu kimi, Amerikalı əsgərlər “Fərat Qalxanı” bölgəsi ilə YPG/PKK arasında cəbhə xəttini təşkil edən Fərat çayının qolu Saçur çayı boyunca həftəlik və gündəlik patrullar edirdi. Təqaüddə olan general-mayor və İstanbul Aydın Universitetinin Professoru Doktor Nəim Babüroğlu prosesləri, "Fransız əsgərləri, Tel Abyada yerləşdi. ABŞ buradakı vəzifəsini Fransızlara təhvil verib. Münbiçlə “Fərat Qalxanı” bölgəsi arasındakı Saçur çayı bölgəsində də Fransız əsgərləri patrul gəzməyə başladı. Münbiç və Fəratın şərqində Türkiyə qarşısında ABŞ vardı, indi ABŞ və Avropa İttifaqı var" deyə, şərh edib.
Müxalifət.az