ABŞ və Böyük Britaniyadan SOS: “Rusiya bütün dünyaya...”

Baxış sayı:
6157

ABŞ-ın Federal Təhqiqatlar Bürosu (FTB) və Böyük Britaniyanın Milli Təhlükəsizlik Nazirliyinin Kibertəhlükəsizlik üzrə Milli Mərkəzi (NCSC) birgə bəyanat dərc edib.
Muxalifət.az publika.az-a istinadən xəbər verir ki, bəyanatda Rusiya hakimiyyəti kiberaktivlik nümayiş etdirməkdə ittiham edilir.
Bəyanata görə, Rusiya hakerlərinin əsas hədəfi hər şeydən əvvəl, hökumət və şəxsi təşkilatlar, kritik əhəmiyyətli infrastrukturlar və internet-xidmətlərinin təchizatlarıdır. Xüsusi halda, qeyd edilir ki, kiberhücumlar bütün dünyada şəbəkə infrastruktur qurğularına edilir.
“Rusiya hökumətinin fəaliyyəti kiber sistemimizin bütövlüyünü və təhlükəsizliyimizi hədələməyə davam edir. Rusiya hakerləri bütün dünyada kompüterlərin genişmiqyaslı yoluxmasını həyata keçiriblər və milyonlarla maşın zərər çəkib”, - bəyanatda deyilir.
Bununla əlaqədar olaraq, ABŞ və Böyük Britaniya bütün məsuliyyətli ölkələri Rusiya kibertəhlükəsinin öhdəsindən gəlməsi üçün öz resurslarından, həmçinin diplomatik, hüquq-mühafizə, texniki və başqa imkanlarından istifadə etməyə çağırıb.
“FTB-nin kiberhücumlar üzrə araşdırması davam edəcək və cinayətkarları tapacaq. İndiki halda, bu, Rusiya hökumətidir”, - FTB-nin nümayəndəsi Hovard Marşall vurğulayıb.
Kibertəhlükəsizlik üzrə Milli Mərkəzinin baş direktoru Siaran Martin bildirib ki, Rusiya kiberməkanda ən güclü düşməndir.
Bəyanatı artıq Avstraliya dəstəkləyib. Ölkənin kibertəhlükəsizlik məsələləri üzrə naziri Anqus Teylor Rusiyanı 2017-ci ildə yerli şirkətlərə kiberhücum cəhdlərində ittiham edib.