ABŞ və BƏƏ PKK-ya yeni partiya qurdurdu

Baxış sayı:
319

Suriyada xalqın nifrət etdiyi PKK Ərəb tayfalarına şirin görünmək üçün yeni bir taktikaya əl atıb. ABŞ-ın dəstəklədiyi terror təşkilatı Tayyar əl Ərəb əl Müstəqil (Müstəqil Ərəb Hərəkəti) adıyla partiya qurur. BƏƏ və Səudiyyənin rəhbərliyindəki iki şahzadənin də dəstəklədiyi layihənin təməl məqsədi PKK/YPG-ni işğalçı görünüşdən qurtarmaqdır.
 
Suriyanın şimal və şərqində 40 min kvadrat kilometr genişliyindəki bir bölgəni ABŞ dəstəyiylə işğal edən terror təşkilatı PKK/PYD/YPG, bəzi Körfəz ölkələrinin dəstəyiylə yeni bir saxta qurum üçün hərəkətə keçib. ABŞ və müttəfiqləri Birləşmiş Ərəb Əmrlikləri ilə Səudiyyə Ərəbistanı PKK-ya mərkəzi Rakkada olacaq bir partiya qurdurur. BƏƏ və Səudiyyə şahzadəs tərəfindən doğrudan dəstəklənilən layihə istiqamətində ‘Tayyar əl Ərəb əl Müstəqil' (Müstəqil Ərəb Hərəkatı) adında bir qurum yaradılıb.
İlk yığıncağını 29 martda edən sözdə partiyanın başçılığına isə Məhəmməd əl-Şakir adlı Rakkalı bir PKK ilə əməkdaşlıqda olan şəxs gətirilib. Partiyanın proqramını hazırlayan şəxs də BƏƏ-Səudiyyə dəstəkli Əhməd Carba-dır. Saxta təşkilatın rəsmi olaraq elan edildiyi 14 maydakı konqresə Carba da qatılıb. Bütün xərcləri BƏƏ tərəfindən ödənilən təşkilat, bölgədə ABŞ-PKK əleyhdarı ərəblərin terrorçulara yönəlik nifrətini qırmağı məqsəd qoyur.
 
PKK ARXA PLANDA
 
Vəziyyəti “Yeni Şəfəq” qəzetinə açıqlayan Suriya Tayfalar və Qəbilələr Məclisinin sözçüsü Mudar Hammad, yeni partiyanın PKK-nı legitimləşdirmə məqsədindən kənar missiya daşımadığını söyləyib. Hammad "May ayındakı yığıncağına qatılan şəxslər arasında PKK “kapitanlarından” Saleh Müslüm və İlham Əhməd başda olmaqla, çox sayda terrorçu vardı. Bu proyektdə təməl hədəf PKK-nın işğalçı görünüşündən qurtarılmasıdır" deyib.
 
800 İŞİD-çı SƏRHƏDDƏ
 
Bir tərəfdə bölgə tayfalarını istifadə etmək üçün saxta partiya quran ABŞ-PKK cəbhəsi, eyni zamanda, Türkiyə və “Fərat Qalxanı” bölgəsi sərhədlərini İŞİD terrorçuları ilə doldurur. PKK ailələriylə birlikdə təxminən 70 min İŞİD-çının olduğu Hasəkədəki Hol Düşərgəsindən ‘seçmə döyüşçüləri' Türkiyə sərhədinə göndərir. PKK nəzarətindəki düşərgədə ötən ay seçilən 800 İŞİD-çı TSQ-ASO bölgələrinə sövq edilib. Hədəf bu İŞİD-çıları saxta sənədlərlə ASO bölgələri, ya da Türkiyəyə sızdırmaqdır.
Sızmalar üçün prioritet olaraq 2 nöqtə müəyyən olunub. Aralarında qadın və uşaqların da olduğu şəxslər ilk olaraq Tokhara yerləşdirilir. Burada hazırlanan saxta sənədlərlə Suriyalı mühacir donu geyindirməklə İŞİD-çılar Münbiç ətrafındakı Um Culud və Avn Dadad sərhəd nöqtələrinə göndərilir. Müxalif bölgələrə sızdırılacaq İŞİD-çılara tutulduqları təqdirdə ‘PKK zülmündən qaçdıqlarını', ‘ASO bölgələrində yaşamaq istədiklərini' söyləmələri təlqin edilir.
İŞİD terrorçularına ayrıca Cerablus, Azez, Çobanbey, Afrin, İdlib və Türkmendağı sərhəd xəttindən Türkiyəyə keçmə təlimatı da verilir. PKK ASO bölgələrinə keçirməyə çalışdığı İŞİD-çılara sərhəd boyunda qaçaqçılıq edən bir çox şəxsin da əlaqə nömrələrini verir.
Müxalifət.az