ABŞ və Avropanın S-400 təlaşının səbəbi nədir?

Baxış sayı:
5290

Rusiyadan S-400 alan Türkiyə sanksiyalardan tutmuş F-35 proyektindən çıxarılmağa qədər bir çox şantaj ilə üz-üzədir. ABŞ və digər Qərb ölkələrinin bu qədər S-400-dən narahat olmaları bir çox suallar yaradır. Türkiyənin Rusiyadan aldığı iki ədəd S-400 sistemləri iyun və iyul aylarınaTürkiyəyə gəlir. İkinci variant olaraq da birgə istehsal və texnologiya transferi variantları müzakirə edilir. Türkiyə S-400 müqaviləsindən sonra başda ABŞ olmaqla, Qərbli müttəfiqlərinin ifrat etirazı ilə qarşılaşıb. NƏZARƏT TÜRKİYƏYƏ KEÇİR S-400-lərin Türkiyədə işə başlaması son dövrdə oldu-bitdi cəhdlərinə səhnə olan Egey və Aralıq dənizi mövzusunda bütün hesabları pozacaq. S-400 hava müdafiə sistemi 600 km-dən düşmən hava hədəflərini aşkarlayır və 400 km məsafədə məhv edə bilir. İzmir və Hatayda qurulacaq iki S-400 sistemi ilə Egey və Şərq Aralıq dənizi "Türk gölü" vəziyyətinə gəlmiş olur. Sistem İzmirə yerləşdirildikdə Yunanıstanın hərbi statusda olmayan adalarda qurduğu müşahidə məntəqələri və işğal planları suya düşəcək. S-400 sayəsində Yunanıstanın bütün təyyarələri qaldırıldığı anda təsbit ediləcək və sistem radara girildikdən sonra hədəfə kilidlənəcək. Yunanıstandan Türkiyəyə döyüş təyyarələri, ya da raket üzərindən təhdidləri neytrallaşdırılacaq. S-400 sistemi Hataya qurulduğunda isə Kipr da daxil, Şərq Aralıq dənizinin hava sahəsi Türkiyənin nəzarətinə keçir və təbii qaz qaynaqlarının təhlükəsizliyinin təmin edilməsində Türkiyə 'qabaqcıl ölkə' olur. ABŞ-ın “kürd dövləti”, Yaxın Şərq təbii sərvətlərini istismar etmək üçün Aralıq dənizi ilə bağlı planları da suya düşəcək. Yaxın Şərq masasında Türkiyə, bu həmlə ilə 'oyunçu' kürsüsündən qalxıb, bu bölgədə idarəni əlinə alaraq masada 'lider' mövqeyə keçir. F-35-ləri də VURA BİLƏCƏK ABŞ-ın və Qərb ölkələrinin narahatlığının digər səbəbi S-400-ün F-22, F-35 və Su-57 kimi döyüş təyyarələrinin görünməzliyini görünür vəziyyətə gətirə bilməsidir. Bunun örnəyi yaxın keçmişdə Suriyada yaşanıb. 2017-ci ildə S-400-dən daha aşağı texnologiyaya malik olan Suriyanın S-200-ləri hava sahəsini pozan İsrailin F-35 təyyarəsini zədələmişdi. Bu xüsusiyyətiylə S-400-lər 15 iyul çevriliş cəhdini yaşamış olan Türkiyə üçün xarici qaynaqlı əməliyyatlara qarşı qalxan olaraq görülür. S-400 göydə görünməzlik texnologiyasını aradan qaldırmaq üçün Rusiyanın hazırladığı ən inkişaf etmiş sistemdir və bu sistem F-35 təyyarələrini də vurmağı hədəfləyir. Məhz bu məqam ABŞ və Avropanın Türkiyənin aldığı S-400 sistemlərinin əleyhinə olduqlarının gizli niyyətlərini ortaya qoyur. Və bu arada ortaya belə bir sual çıxır ki, əgər ABŞ və digər Qərb dövlətləri Türkiyəyə hücum etməyi düşünmürlərsə, onda niyə bu qədər Türkiyəyə yerləşdiriləcək S-400-lərdən narahatdırlar? Müxalifət.az