ABŞ və Avropa Rusiyaya qarşı həmləyə hazırlaşır

Baxış sayı:
2353

ABŞ və Avropa Birliyi (AB) Kerç boğazında baş verən insidentlə bağlı Rusiyaya sanksiya tətbiq etməyə hazırlaşır.
Muxalifet.az xəbər verir ki, bu barədə “Faynənşl Tayms” məlumat yayıb.
Bildirilib ki, qarşıdakı həftədə AB ölkələrinin xarici işlər nazirləri səviyyəsində bununla bağlı görüş keçiriləcək və mümkündür ki, yaxın 2 ayda sanksiya qərarı qəbul ediləcək.
Belə ki, sanksiyalar bilavasitə Kerç olayında iştirakı olan hüquqi və fiziki şəxslərə tətbiq ediləcək.
Qeyd edək ki, bir neçə ay əvvəl Kerç boğazında Ukrayna-Rusiya gəmiləri arasında insident yaşanmışdı.