ABŞ və AB arasında ticarət savaşı başlayacaq

Amerikanın Rusiyaya qarşı yeni sanksiyaları Avropa Birliyi və ABŞ arasında ticarət müharibəsinə səbəb ola bilər.
 
Bunu “Obozrevatel” saytına müsahibəsində rusiyalı iqtisadçı Sergey Javoronkov söyləyib.
“Amerika sanksiyalarının Avropa sanksiyalarından fərqi yalnız odur ki, Amerikanın qara siyahısında “Qazprom”un adı var. Məncə ABŞ çalışacaq ki, Avropa Birliyi ilə ticarət savaşından yayınsın. Avropa hazırda ABŞ üçün Kanada və Meksikadan sonra öz mallarını ən çox ixrac etdiyi üçüncü istiqamətdir” – Javoronkov o bildirib