ABŞ universitetlərindəki rüşvət qalmaqalında yeni pərdə

Baxış sayı:
6931

 ABŞ-da uşaqlarının ölkənin nüfuzlu universitetlərində təhsil almalarını təmin etmək üçün milyonlarla dolar rüşvət verməklə günahlandırılan, aralarında Hollivud ulduzları və iş adamlarının da olduğu 16 nəfərə "qara pul yumaq" ittihamı da yönəlib.
 
Amerika mətbuatında yer alan xəbərə görə, rüşvət qalmaqalı səbəbi ilə davam edən məhkəmədə mühakimə olunan 16 nəfər barəsindəki ittihamlara, "qara pul yumaq" ittihamı da əlavə olunub.
Həmin 16 nəfər arasında, qızlarının Cənubi Kaliforniya Universitetinə qəbul edilməsi üçün 500 min dollar rüşvət verməklə günahlandıran Hollivud ulduzu Lori Loughlin və məşhur modaçı Mossimo Giannulli də var.
 
Universitetlərdə rüşvət qalmaqalı
 
Qeyd edək ki, Boston əyalətində federal prokurorlar keçən ay 2011-2019 illər dövründə uşaqlarının Yala, Corctaun, Stanford və Cənubi Kaliforniya Universiteti kimi məktəblərə qəbul edilməsi üçün bir məsləhət firmasına cəmi 25 milyon dollar ödəmə etdikləri səbəbilə də aralarında Hollivud ulduzları və iş adamlarının da olduğu 50 nəfərə cinayət işi açmışdı.
Ailələrin ödəmələri ilə məktəb rəhbərlərinə rüşvət verən məsləhət şirkətinin, əslində idmançı olmayan tələbələrə saxta profillər hazırlayaraq onların məktəblərə idmançı heyətindən girmələrini təmin etdiyi, eləcə də, universitetə giriş sınağını edən rəhbərlərə də rüşvət verərək tələbələrin yerinə başqa insanları saldığı qeyd edilmişdi.
Aralarında məşhur aktyor Felicity Huffmanın da olduğu bir çox ailə, dünən barələrindəki ittihamları qəbul edəcəklərini açıqlamışdı.
Müxalifət.az