ABŞ Ukraynadakı səfirini geri çağırdı: Mübahisə yarandı

Baxış sayı:
12652

ABŞ Ukraynadakı səfirini vəzifə müddəti bitməmiş geri çağırıb. Dövlət Departamenti bunun Kiyevdə hakimiyyətin dəyişikliyi ilə əlaqədar olduğunu bildirir. Lakin Konqresin Nümayəndələr Palatasında iki nüfuzlu demokrat qanunverici bu addımı “kökləri 2016-cı il ABŞ prezident seçkilərinə gedən siyasi zərbə” adlandırıb.
 
Dövlət Departamenti bildirib ki, keçmiş prezident Barak Obama tərəfindən təyin edilmiş 60 yaşlı Mari (Maşa) Yovanoviç planlaşdırıldığı kimi üç illik müddətini başa başa vurur. Lakin səfirin vəzifə müddəti əslində avqustun 20-də başa çatır.
Dövlət Departamenti bəyan edib ki, onun qayıtması Ukraynada yeni prezident seçilmiş Vladimir Zelenskinin iyun ayında inaqurasiyası vaxtına təsadüf edir.
Konqresin Nümayəndələr Palatasında əksəriyyətin lideri, konqresmen Steni Hoyer və Nümayəndələr Palatasının Xarici Əlaqələr komitəsinin sədri, konqresmen Eliott Engel Dövlət Departamentinin Yovanoviçin erkən çağırılması ilə bağlı mübahsəli izahı ilə bağlı suallar qaldırıb. Onlar Yovanoviçin Birləşmiş Ştatları həm respublikaçı, həm də demorkat administrasiysalar dövrü yüksək səviyyədə təmsil edən peşəkar diplomat olduğunu bildiriblər.
Qanunvericilər Ağ Evin səfirin geri çağırılması qərarını siyasi zərbə və administrasiyanın Dövlət Departamentinin personalına qarşı kampaniya adlandırıb. “Aydındır ki, bu, siyasi motivli qərardır, belə ki, prezident Trampın müttəfiqləri səfirin vəzifədən azad olunması üçün xarici oyunçulara qoşulublar”, qanunvericilər bildirib.
Yovanoviçin Kiyevdə səfir kimi fəaliyyəti ABŞ-ın xüsusi prokuroru Robert Müllerin Rusiyanın 2016-cı Birləşmiş Ştatlarda prezident seçkilərinə müdaxilə ilə bağlı təhqiqatının aparıldığı dövrə təsadüf edir. Təhqiqatın diqqət mərkəzində olan əsas fiqurlardan biri prezident Donald Trampın bir zamanlar kampaniyasının rəhbəri Pol Manafort olub. Manafort Ukraynada 2014-c ildə hakimiyyətdən devrilmiş prezident Viktor Yanukoviçlə əlaqəsi olan Rusiyapərəst maraqların xeyrinə lobbiçilik edərək, milyonlarla dollar məbləğində pul alıb.
Müllerin təhqiqatı çərçivəsində Manafort lobbiçilik fəalliyyətləri ilə əlaqədar maliyyə cinaəyətlərində ittiham edilərək, 7 il yarım müddətinə həbsə məhkum edilib.