​ABŞ uduzmuş atdır, İŞİD-dən sonra... - Zərif

Baxış sayı:
13696

İŞİD-in məğlubiyyətindən sonra ABŞ və bəzi qüvvələr Tehranla Bağdad arasındakı münasibətlərə zərbə vurmağa çalışdılar.
Muxalifet.az xəbər verir ki, bu sözləri İran Xarici İşlər naziri Məhəmməd Cavad Zərif deyib.
"ABŞ sanksiyalarından sonra İraq rəsmilərinin İrana qarşı sərgilədiyi mövqe iki ölkə arasındakı əlaqələri gücləndirən faktordur. İraqla münasibətlərimizin daha da yaxşılaşması üçün səylər göstərəcəyik.
ABŞ yarışda uduzmuş atdır. Regiondakı ölkələrə tövsiyə edirəm ki, mərc oynayarkən pullarını məğlub ata yatırmasınlar", - Zərif bildirib.