ABŞ üçün şok hesabat: Müharibənin xərci...

Baxış sayı:
5353

ABŞ Müdafiə Nazirliyi (Pentaqon) havaya dünyanın sənayeləşmiş əksər ölkələrindən daha çox karbon qazı buraxır.
Muxalifet.az xəbər verir ki, bu barədə ABŞ-ın Braun Universitetinin “Müharibənin xərci” adlı hesabatında qeyd olunub.
ABŞ ordusunun 2001-ci ildən bu vaxta qədər 80 ölkədə apardığı hərbi əməliyyatlar zamanı Pentaqonun dünyada neftdən ən çox istifadə edən qurum olduğu, dolayısı yolla dünyada bütün ölkələrdən daha çox parnik qazı istehsal etdiyi bildirilib.
Sənəddə ABŞ ordusunun 2002-ci ildə Əfqanıstanın işğal edilməsindən 2017-ci ilin sonuna qədər ən yaxşı ehtimalla havaya 1 milyard 212 tondan çox parnik qazı buraxdığı öz əksini tapıb.
Vəziyyətin belə davam edəcəyi təqdirdə, ABŞ-ın qlobal iqlim dəyişikliyinin qorxunc ssenarilərində böyük rol oynayacağı qeyd edilib.