ABŞ “uçan müdafiə sistemi” yaradır - BALLİSTİK RAKETLƏR ÜÇÜN

Baxış sayı:
2365

F-35 Lightning II təyyarələri 2025-ci ilə qədər ballistik raketləri müəyyən etmək, izləmək və məhv etmək qabiliyyətinə sahib olacaq.
Muxalifət.az xəbər verir ki, bunu Senatda çıxışı zamanı ABŞ Müdafiə Nazirliyinin Hava Hücumundan Müdafiə Agentliyinin rəhbəri general-leytenant Samuel Qrivz deyib. Onun sözlərinə görə, F-35 bununla faktiki olaraq hava hücumundan müdafiə sisteminə dönəcək.
O, həmçinin təyyarəyə yeni sensor və silahların quraşdırılmasının planlaşdırıldığını bildirib:
“Məncə, buna 6-7 il lazım olacaq. Bu zaman təyyarənin silahlanmaya qəbuluna imkan verəcək. Bizim hədəfimiz raketdən müdafiə sisteminin klassik variantından daha irəli getməkdir”.