​“ABŞ-ın təzyiqi problemi həll etməyəcək” – PXENYAN

Baxış sayı:
3772

ABŞ-ın təhdid və təzyiqləri nüvə proqramı ilə bağlı problemin həllinə kömək etməyəcək.
Bu barədə “Yonhap”a Şimali Koreyanın Xarici İşlər Nazirliyinin rəsmisi danışıb.
“Koreya yarımadasında sülh və əmin-amanlığa yönəlmiş addımlar atılarkən ABŞ Şimali Koreyanı bilərəkdən təhrik etməyə çalışır. ABŞ ictimaiyyəti yanlış istiqamətdə yönləndirilir. Şimali Koreyanın yarımadanın nüvə silahlarından təmizlənməsi ilə bağlı açıqlamasını sanki təzyiq və sanksiyaların nəticəsi kimi qələmə verməyə çalışırlar”, - XİN rəsmisi bildirib(axar).