​ABŞ təyyarəsi Dubayda qəzaya uğradı: ölənlər var

Baxış sayı:
9310

Amerikanın "Honivil" şirkətinə məxsus "Diamond DA40" tipli birmühərrikli təyyarə Dubay beynəlxalq hava limanında qəzaya uğrayıb. Muxalifet.az xəbər verir ki, bu barədə "Əş-Şark əl-Ausat" qəzeti məlumat yayıb. Hadisə nəticəsində göyərtədə olan 4 nəfərdən ikisi – pilot və köməkçisi həlak olub. Qəzaya ilkin səbəb kimi texniki nasazlıq göstərilib.