ABŞ təxribatı, yoxsa... - Bu ölkə yenidən qaranlığa qərq oldu

Baxış sayı:
7270

Venesuela yenidən qaranlığa qərq olub.

“Nacional” nəşrinin yazdığına görə, elektrik enerji təchizatının bərpa olunduğu bir sıra bölgələr işıqsız qalıb.

Hazırda Valensia, Varqas, Taçira, Sulia, Lara, Karabobo və digər ştatların elektrik enerjisi ilə təchizatı dayandırılıb.

Xatırladaq ki, martın 7-də “El-Quri” su elektrik stansiyasında baş vermiş qəza nəticəsində Venesuelanın böyük hissəsi işıqsız qalmışdı. Nikolas Maduro bu təxribatda ABŞ imperializmini günahlandırmışdı.