ABŞ TÜRKİYƏYƏ «YEKUN TƏKLİF» GÖNDƏRİB – Ərdoğan Fəratın şərqinə can atır

Baxış sayı:
7506

Donald Trampın administrasiyası Türkiyə ordusunun Suriyanın şimal-şərqinə girməsinin qarşısını almaq üçün son cəhdlərini göstərir. «Vaşinqton Post» qəzetinin yazdığına görə, bu, növbəti iki həftə ərzində baş verəcək.

Türkiyə ordusunun on minlərlə hərbçisi Suriya ilə sərhəddə cəmləşib – onarın tərkibində xüsusi əməliyyatlar qüvvəsinin bölmələri də var ki, onlar Ankaranın Suriyada bundan əvvəlki iki missiyasında iştirak ediblər.

ABŞ Müdafiə Naziriyinin yüksək səviyyəli nümayəndəliyi Vaşinqtonun «yekun təklif»adlandırdığı və Türkiyə probleminin həlli üzrə təklifi avqustun 5-də Ankaraya təqdim etməyi planlayırdı.

Bu görüş NATO üzrə iki müttəfiqin çoxillik mübahisəsi istiqamətində kulminasiya nöqtəsi hesab olunur – Birləşmiş Ştatlar NATO üzrə müttəfiqi olan Türkiyəni yox, Suriyalı kürdləri müdafiə edir. Bu qüvvələr ABŞ-ın Suriyanın şərqində «terrorçular»a qarşı döyüşən quru qüvvələrinin başlıcası hesab olunur. Türkiyə isə suriyalı kürdləri «terrorçu təşkilat» hesab edir və onlarla ABŞ arasında əlaqələrin kəsilməsini istəyir.

Bununla birlikdə Türkiyə hakimiyyəti artıq bir neçə ildir ki, Suriyanın şimal-şərqində «təhlükəsizlik zonası»nın yaradılmasına israr edir və bildirir ki, bu, Türkyənin kürdlərin terrorundan qoruyardı.

Bu ərəb ölkəsində Türkiyənin növbəti hərbi əməliyyata başlamaqdan çəkindirmək istiqamətində ABŞ-ın cəhdlərinin uğursuzluğa düçar olması bölgədə dağıdıcı hərbi münaqişəyə və ABŞ-Türkiyə münasibətlərində xaosun dərinləşməsinə, Trampın ABŞ ordusunu Suriyadan çıxarması planının pozulmasına gətirib çıxara bilər («Vaşinqton Post»).

tramp erdog

Nəşrin məlumatına görə, ABŞ administrasiyasının təklifi Türkiyə-Suriya sərhədinin cənubunda 14,5 dərinlikdə və 140 kilometr uzunluqda bir ərazidə birgə ABŞ-Türkiyə hərbi əməliyyatlarını nəzərdə tutur ki, buradan kürd döyüşçüləri çıxarılmalıdır. Bunun ardınca, «təhlükəsizlik zonası»nda ABŞ və Türkiyə hərbçiləri tərəfindən YPG-nin (kürd dəstələri) möhkəmləndirilmiş qurğularının məhv edilməsi nəzərdə tutulur, sonra isə ərazidə birgə patrul xidməti təşkil olunur.

Ancaq Türkiyə ABŞ tərəfindən irəli sürülən parametrləri rədd edir və 32 kilometr dərinlikdə «təhlükəsiz zona»nın yaradılmasında israr edir və bu ərazində təkbaşına nəzarəti həyata keçirməyə üstünlük verir. Türkiyə hökuməti həm də burada qaçqınların(Türkiyədə onların sayı 3,6 milyon nəfər təşkil edir!) qayıda biləcəyi rayonların yaradılmasına can atır.

Ankara ilk dəfə deyil ki, Suriyada hərbi əməliyyat keçirmək niyyətində olduğunu ortaya qoyur. Bu dəfə təhlükə real və qaçılmaz ola bilər.

Xəbər verildiyi kimi, Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan bu ərəfədə bəyan edib ki, onun ölkəsi Suriyada yeni antiterror əməliyyatı keçirəcək. Ərdoğan xatırladıb ki, Türkiyə ordusu bundan əvvəl Afrin, Cerablus, Əl-Bab (Hələb əyaləti) bölgələrini kürd döyüşçülərindən və «İD» terrorçularından təmizləyib.

«Bizim yeni hədəfimiz – Ərəfat çayının şərqidir. Biz, bu barədə Rusiya və ABŞ-ı məlumatlandırmışıq» – Ərdoğan qeyd edib.

Onun sözlərinə görə, Ankara Türkiyə sərhədyanı yaşayış məntəqələrinin Suriya ərazisindən atəşə tutulmasının və təxriatlara məruz qoyulmasının qarşılığında fəaliyyətsiz qalmayacaq. «Türkiyənin səbrinin həddi var!» - deyə, dövlət başçısı bildirib.