ABŞ-ın Türkiyəyə təzyiqinin arxasında nə dayanır? – Öncə Keşiş məsələsi, sonra da S-400...

Baxış sayı:
5473

Rusiyadan alınacaq S-400 tipli hava müdafiə sisteminin təslim edilməsi üçün geri sayım başlarkən, Vaşinqtondan Ankaraya edilən 'S-400-ü almayın” təzyiqi davam edir. Ankaranın geri çəkilməyəcəyini vurğulayan ekspertlər, ABŞ-ın S-400 alışının qarşısını almaq üçün etdiyi təzyiqlərin arxasında hansı səbəblərin durduğunu açıqlayıb.
 
Öncə Keşiş, sonra da S-400
 
Beynəlxalq Əlaqələr üzrə ekspert Toğrul İsmayıl ABŞ-ın S-400 təzyiqinin bir neçə səbəbinin olduğunu bildirib: “Daha əvvəl Keşiş Brunson və iqtisadi təzyiqlər etdi. O özünü doğrutmadıqda, bu dəfə S-400-lə bağlı təzyiqlərə başladı. Suriyadakı məsələlərdə Türkiyə və Rusiyanın yaxınlaşması söz mövzusudur. Bu, ABŞ-ı narahat edən məsələlərdən biridir. ABŞ-ın məqsədi Türkiyə-Rusiya əlaqələrini pozmaq və Rusiyadan uzaqlaşdırmaqdır. ABŞ “Patriot” raketdən müdafiə sistemini satmadığı üçün Türkiyə də S-400-ü satın almaq məcburiyyətində qaldı. ABŞ-ın “S-400 almayın” təzyiqinin siyasi olduğunu düşünürəm. Türkiyənin hava müdafiə sistemlərinə ehtiyacı var. Türkiyə NATO ölkəsi olsa da, öz ehtiyacı üçün NATO xaricində ölkələrin sistemlərini də istifadə edə bilər. Yalnız bu sistemlər NATO-ya inteqrasiya edilə bilməz. Türkiyə də bunu deyir”.
 
NİZAM DƏYİŞƏCƏK
 
Türkiyənin Təhlükəsizlik üzrə eksperti və strateq Mithat İşıq S-400-ün bu anda istifadə edilən ən yaxşı hava müdafiə sistemlərindən bir dənəsi və Türkiyənin də buna ehtiyacının olduğunu bildirib: “S-400-lər gəldiyində Şərqi Aralıq dənizində Türkiyənin məlumatı olmadan heç bir hava vasitəsi uça bilməyəcək. Texnologiyası çox yüksək bir raketdir və uzun perspektivdə Türkiyə bu mövzuda ortaq istehsala keçə biləcəyi düşüncəsi də var. Təbii ABŞ ilə Türkiyənin istər Orta Şərqdə, istərsə də Şərqi Aralıq dənizidəki siyasəti bu anda üst-üstə düşmür. Şərq Aralıq dənizindəki havaya nəzarətin Türkiyəyə keçməsi, texnoloji üstünlüyə qovuşması, Türkiyə ilə ABŞ arasındakı mövcud  olan problemlərin hələ də həll edilməməsi kimi bir sıra səbəblərə görə ABŞ bunu istəmir. Ancaq əsas səbəb ABŞ-ın Türkiyənin təsirli bir hava müdafiə sistemində yaxşı bir texnologiyaya sahib olmasını istəməməsidir.
 Müxalifət.az