​ABŞ Türkiyəyə təşəkkür etdi - TƏHLÜKƏ ARADAN QALXDI

Baxış sayı:
4462

ABŞ Dövlət Departamentinin sözçüsü Hizer Noyet Ankaradakı səfirliyin bağlanmasına səbəb olan təhlükə ilə bağlı alınan tədbirlərə görə Türkiyə hökumətinə təşəkkür edib.
Muxalifət.az xəbər verir ki, bu barədə “Hürriyyət” qəzeti məlumat yayıb.
Noyert ABŞ-ın Ankaradakı səfirliyinin bu gün fəaliyyətini bərpa etdiyini bildirib:
“Türkiyə NATO müttəfiqinin təhlükəsizliyi üçün tədbirlər gördü. Belə bir müsbət addım atdığına görə Türkiyə rəsmilərinə, polisinə təşəkkür edirik”.
Qeyd edək ki, ABŞ-ın Ankaradakı səfirliyi təhlükəsizlik səbəbilə martın 5-də fəaliyyətini dayandırmışdı. Həmin gün MİT, Terrorla Mübarizə və Kəşfiyyat qrupları ABŞ səfirliyinə hücuma hazırlaşan 4 İŞİD üzvünü aşkarlayaraq, həbs etmişdi.