"ABŞ Türkiyəyə silah satmır, amma PKK-nın Suriya qanadını pulsuz silahlandırır" - ƏRDOĞAN

ABŞ Türkiyə ilə müttəfiq olduğunu bəyan edir, lakin Vaşinqton Türkiyəyə heç pulla da silah satmır, eyni zamanda, PKK-nın Suriya qanadını (YPG/PYD) pulsuz silahlandırır. 
Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. 
Dövlət başçısı qeyd edib: "Rəsmi Ankara yaxşı bilir ki, ABŞ-ın YPG/PYD-yə verdiyi silahlar gələcəkdə Türkiyəyə qarşı istifadə olunacaq". 
ABŞ və Türkiyə münasibətlərindəki böhrana toxunan R.T.Ərdoğanın sözlərinə görə, bu böhranın səbəbkarı Birləşmiş Ştatların Ankaradakı səfiri Con Bassdır: 
"ABŞ Türkiyə ilə münasibətlərini bir səfirə görə qurban verməməlidir".