ABŞ Türkiyəyə sanksiya ilə bağlı niyə tərəddüd edir?

Baxış sayı:
12652

ABŞ S-400-lərin Türkiyə tərəfindən alındığı təqdirdə ciddi sanksiyalara məruz qalacağı ilə intensiv təhdidlərinə baxmayaraq sistemlərin Ankaraya daşınması ilə Vaşinqtonun bu yöndə addımlar atmaqda tələsmədiyi hiss olunur. Bu nə ilə bağlıdır?
 
ANKASAM-ın Orta Şərq üzrə eksperti Cenk Tamer bu sualı cavablandırıb:
"ABŞ CAATSA qanunu çərçivəsində sanksiyalarını açıqladığı təqdirdə Türkiyənin Fəratın şərqinə əməliyyat başlatmasının qaçınılmaz olduğunu düşünməkdədir. Türkiyə bu vəziyyətdə CAATSA sanksiyaları olsun, ya da olmasın, Suriyada ABŞ əliylə bir terror dövlətinin yaradılmağa çalışıldığını görməkdədir. Digər tərəfdən, Türkiyə S-400 sistemləri tam olaraq fəaliyyətə keçmədən Suriyaya böyük həcmli bir əməliyyatın risklərini nəzərə alaraq məsələni imkan daxilində masada həll etməyə çalışmaqdadır. Eyni şəkildə ABŞ CAATSA sanksiyalarının Türkiyənin ola biləcək sərhəd əməliyyatına və PYD-nin sahədən silinməsinə zəmin hazırlayacağını düşünərək zaman qazanmağa çalışmaqdadır və bu müddət ərzində diplomatiya yoluyla Avropa ölkələrindən PYD-yə qoruma qalxanı meydana gətirməyə çalışmaqdadır. Qısacası, ABŞ diplomatiya yoluyla terror təşkilatı PYD-ni qanuniləşdirmək istəməkdədir. Türkiyə isə ABŞ ilə olan əlaqələrin pozulmaması üçün diplomatiya kanallarını sonuna qədər istifadə etməyi düşünür".
Müxalifət.az