ABŞ-ın Türkiyəyə qarşı YENİ İŞİD TƏXRİBATI

Baxış sayı:
4846

Zeytun Budağı” hərəkatı ilə hesabları pozulan ABŞ, Türkiyəyə qarşı İŞİD kartını yenidən meydançaya sürür. Pentaqon, "Afrin görə, İŞİD-lə mübarizənin iflasa uğradığı" nı iddia etdikdən sonra terror təşkilatı Kərkükdə hücumlara başlayıb.
 
“Fərat Qalxanı” və “Zeytun Budağı” hərəkatları ilə planları pozulan ABŞ, Türkiyəyə qarşı İŞİD kartını sahəyə sürməyə çalışır. Afrinə qarşı “Zeytun Budağı” Hərəkatı başladığı gündən bu yana Türkiyə üzərində təzyiq yaratmağa çalışan ABŞ, istədikləri alınmayınca yeni bir taktikaya əl atıb. İndi də İŞİD-lə mübarizə Afrin əməliyyatına görə müvəffəqiyyətsizliyə uğratdı deyə, beynəlxalq ictimai rəy yaratmağa çalışır. Dünya ictimaiyyətində Türkiyəyə təzyiqlərinin artması üçün də addımlar ard arda atılmağa başlanıb.
Dünyaya ilk siqnal İŞİD ilə mübarizənin "əsas amili" kimi təqdim edilən PKK/PYD və onun əsasını formalaşdırdığı Suriya Demokratik Qüvvələri (SDG) vasitəsilə verilib. Belə ki, təşkilat İŞİD-lə müharibəni müvəqqəti dayandırdığını elan etdi, ardınca da 1700-yə yaxın terrorçunun Afrinə sövq edildiyi bildirildi.
 
ƏNDİŞƏ YAYIRLAR
 
Terrorçulara verdiyi son texnoloji silahların Türk əsgərinə qarşı çevrildiyini etiraf etmək məcburiyyətində qalan ABŞ, buna paralel olaraq İŞİD ritorikaları ilə dünyaya "İŞİD qorxusu" yayaraq hərəkatı dayandırmağa çalışır. ABŞ rəsmilərindən gələn "İŞİD-lə mübarizəyə diqqət yetirək" açıqlamaları və son olaraq ABŞ-ın Pentaqon sözçüsü Albey Robert Manningin İŞİD əməliyyatlarının Afrin hərəkatı səbəbi ilə qismən təxirə salındığına dair çıxışları diqqət çəkir.
İngilis kanalı BBC tərəfindən ötən aylarda çəkilən gizli videoda ABŞ əsgərlərinin İŞİD terrorçularını yük maşınları ilə başqa yerə daşıma görüntüləri uzun müddət müzakirə edildi.
 
TÜRKİYƏ OYUNUN FƏRQİNDƏDİR
 
Türkiyə isə bu fikirlərin arxasındakı planları doğru yöndə oxumağa yönəlib. Türkiyə baş nazirinin müavini Bəkir Bozdağ, "İŞİD üzərindən yeni bir oyunun qondarıldığı və yaxın günlərdə Suriyada bəzi ssenarilər ortaya çıxaracağı" xəbərdarlığı edib. Bozdağın bu sözlərindən yalnız bir neçə gün sonra uzun zamandır varlığını unutduran İŞİD, İraqın Kərkük şəhərində hücumlar təşkil edib. Raqqadan sonra burada növbəti təxribata hazırlanan İŞİD-ə, yeni planlar çərçivəsində, İraq tapşırığı verildiyi ortaya çıxmış oldu.

SSENARİNİN PARÇASI
 
İŞİD təkcə Kərkükdə deyil, Ankarada da bir anda ortaya çıxdı. ABŞ, Ankara səfirliyini İŞİD hücumu ehtimalını əsas gətirərək bağladı. Hücum hazırlığındakı İŞİD terrorçularının olduqları yerlərin kəşfiyyat məlumatları da ABŞ tərəfindən verilib. İŞİD terrorçuları Samsun və Kocaelidə keçirilən əməliyyatla yaxalanıb. Ancaq terrorçuların qaldığı evdə hər hansı bir silah və ya bombaya rast gəlinməməsi diqqət çəkib. Və bunun da İŞİD-i yenidən xortlatmaq istəyən ABŞ taktikasının bir hissəsi olduğu qeyd edilir.
Bu arada ABŞ-ın İŞİD-i yenidən meydançaya sürəcəyinin davam edəcəyi bildirilir. İŞİD, Suriyada İraq sərhədi, Deyrizorun cənubu və İsrail sərhədinə yaxın Deraada mövcuddur. Deyrizordaki İŞİD varlığı, Rusiya və Əsəd ilə zəngin torpaqlar məsələsində razılaşmayan ABŞ-ın əlini güclü tutur. Deraadakiler isə İsrailin Suriyaya müdaxiləsi üçün istifadə ediləcək.

Müxalifət.az