​ABŞ Türkiyəyə qarşı viza məhdudiyyətini qismən aradan qaldırıb

ABŞ Türkiyəyə qarşı tətbiq etdiyi viza məhdudiyyətini qismən aradan qaldırıb.
Muxalifet.az xəbər verir ki, müalicə məqsədilə və digər xüsusi hallarda ABŞ-a getmək istəyən Türkiyə vətəndaşlarına viza veriləcək. Vizanı yalnız ABŞ-ın Ankaradakı səfirliyi və İstanbuldakı Baş Konsulluğu verəcək.
Qeyd edək ki, ABŞ İstanbuldakı Baş Konsulluğunun əməkdaşı Metin Topuzun saxlanılmasından sonra Türkiyəyə qarşı miqrantlar istisna olmaqla viza məhdudiyyəti tətbiq etmişdi.