ABŞ Türkiyəyə qarşı son “kozır”ını oynayır

Baxış sayı:
3340

Türkiyənin cənubunda terror ünsürlərinə uzun müddətdir verdiyi dəstək ötən günlərdə ABŞ-ın baş qərargah rəisi Dunford-un "Suriyada YPG-lilərdən təşkil olunan 40 min SDG döyüşçüsünə hərbi təlim vermək istəyirik" sözləri ilə yeni bir ölçü qazandı.
 
Bu günə qədər minlərlə TIR silah və sursatı terrorçulara göndərən ABŞ-ın bölgədə İsrail, Birləşmiş Ərəb Əmirlikləri və Səudiyyə Ərəbistanı ilə qurduğu münasibətlər də çox sayda suallar yaradır.
Baş verən bütün prosesi “yenisafak.com”-a dəyərləndirən Terror və Təhlükəsizlik mütəxəssisi təqaüddə olan general-mayor Fəxri Erenel bu addımların ABŞ-ın bölgədəki son “kozır”ı olduğunu deyib.
ABŞ-ın baş qərargah rəisi tərəfindən deyilən "40 min əsgər" açıqlamasının doğru olmadığını, bu sayın daha çox olduğunu bildirən Erenel, "Bu say əslində 70 mindir. 70 min terrorçunu nəyə görə silahlandırırlar? Çünki regionda ən böyük məqsədləri qeyri-sabitliyin davamını, hətta daha da artmasını təmin etmək istəyirlər" deyib.
 
BÖLGƏNİN DEMOQRAFİK QURULUŞUNU DƏYİŞDİRİR
 
ABŞ-ın bu addımlara əlavə olaraq regionun demoqrafik quruluşunu da dəyişdirmək üçün ciddi addımlar atdığını deyən Erenel, "Ərəb tayfalarının bir hissəsini zorla bölgədən çıxardırlar. Yerlərinə özlərinin nəzarətində olan Kürdləri yerləşdirirlər. Gələcəkdə burada bir referendum olsa, öz istədikləri nəticənin çıxması üçün indidən belə hazırlıq görürlər" deyib.
 
BƏZİ ƏRƏB TAYFALARINI TÜRKİYƏYƏ QARŞI QIZIŞDIRIRLAR
 
Erenel həmçinin, ABŞ-ın bölgədəki bəzi Ərəb tayfalarını Türkiyəyə qarşı qızışdırdığını da vurğulayaraq, belə davam edib:
“BuƏrəb tayfalarını silahlandıraraq adam başı 200 dollar maaş verməklə sərhədçi gücü qururlar. Burada Birləşmiş Ərəb Əmirlikləri və Səudiyyə Ərəbistanına diqqəti çəkməkdə fayda var. Çünki bu planda prosesin maliyyələşdirilməsini bu iki ölkə üzərinə götürüb".
 
MÜŞAHİDƏÇİ QÜLLƏLƏRİNİ TERRORÇULARA TƏHVİL VERƏCƏKLƏR
 
Erenel ABŞ-ın qurduğu müşahidə qüllələrinin terrorçuları deyil, Türkiyəni izləmək və TSQ-nin edəcəyi top atəşlərini əngəlləmək üçün qurulduğunu söyləyib: "Bu müşahidə qüllələrinin gələcəkdə ABŞ əsgərləri tərəfindən SDG görünüşlü terrorçulara təhvil verilməyəcəyini heç kim zəmanət verə bilməz" deyib.
 
ABD TÜRKİYƏNİ MÜHASİRƏYƏ ALIR
 
Bu proseslərin Yunanıstan, Şərqi Aralıq dənizi və Qara dənizdəki proseslərdən ayrı qiymətləndirmənin doğru olmadığını vurğulayan Erenel, bunları qeyd edib:
“Türkiyənin ətrafında baş verən bu hadisələr təsadüf deyil. ABŞ həm Türkiyəni, həm də Rusiyani çevrələmək istəyir.”
Müxalifət.az