ABŞ Türkiyəyə qarşı sanksiya tətbiq edəcək

Baxış sayı:
2943

ABŞ Prezidenti Administrasiyası Rusiyadan S-400 zenit raket kompleksləri aldığı üçün Türkiyəyə qarşı sanksiya paketi hazırlayıb.

TASS xəbər verir ki, bu barədə məlumatı “Bloomberg” öz mənbələrinə istinadla yayıb. Qeyd olunub ki, sanksiyanın tətbiqi yaxın günlərdə rəsmən elan olunacaq.

Agentliyin məlumatına görə, üç müxtəlif sanksiya paketi arasında ən məqsədəuyğunu seçilib. Sanksiyaların nədən ibarət olacağı və hansı sahələri toxunacağı məlum deyil.

“Bloomberg” bildirir ki, gələn həftənin sonunda Vaşinqton sanksiyanın tətbiqi barədə açıqlama verəcək.