ABŞ-ın Türkiyəyə qarşı növbəti GTS oyunu

Baxış sayı:
24910

ABŞ 3.5 milyard dollar dəyərində “Patriot” hava və raketdən müdafiə sistemlərinə cavab olaraq Türkiyənin GTS proqramı çərçivəsində 1.6 milyard dollarlıq mal idxalının qarşısını kəsmək istəyir. Türkiyənin ABŞ-a gömrüksüz ixrac proqramından ən çox istifadə etdiyi 20 məhsul: qızıl boyunbağı, zəncir, daş, mərmər, qənnadı məhsulları, avtomobil ehtiyat hissələri, ov tüfəngi, dizel mühərrikli, radial rezin, səki daşı, meyvə suları,su qurğu borusu, gümüş bilərziklər,sızma zeytun yağı, bayraq və tərəvəzdir.
 
ABŞ ilə Türkiyə arasındakı S-400 gərginliyi dünən ABŞ prezidenti Donald Trampın ticarət həmləsi ilə su üzünə çıxıb. Tramp Türkiyəni inkişaf edən iqtisadiyyatı üçün inkişaf etməkdə olan ölkələrə tanınan Ümumiləşdirilmiş Üstünlüklər Sistemi (GTS) Proqramından çıxarmaq istədiyini bildirib. Qərarın Türkiyənin ABŞ-ın S-400 raketlərini satın almaması müqabilində təklif etdiyi “Patriot” təklifini rədd etməsindən sonra gəlməsi diqqət çəkib. ABŞ 3.5 milyard dollar dəyərində “Patriot” hava və raketdən müdafiə sistemlərinə cavab olaraq Türkiyənin GTS proqramı çərçivəsində 1.6 milyard dollarlıq mal idxalının qarşısını kəsmək istəyir.
Müxalifət.az