ABŞ Türkiyəyə qarşı hərəkətə keçdi! Son həftədə ...

Baxış sayı:
6817

ABŞ prezidenti Tramp Suriyadan çəkilmə sözü verərkən Pentaqon daha çox yerləşmə planları hazırlayır. Son bir həftə içində PKK terrorçuları ilə Qamışlı, Ayn İsa, Ayn əl Arab-da (Kobani) 3 ayrı yığıncaq təşkil edən ABŞ nümayəndə heyətləri, Türkiyəsiz "təhlükəsiz bölgə" planlarını müzakirə edirlər.
 
Pentaqonun təşkil etdiyi yığıncaqlarda Qəndil heyəti də iştirak edib. Qamışlıda reallaşan ilk yığıncaqda ABŞ-lı bir heyət PKK-nın sözdə siyasi nümayəndələri ilə görüşüb.
Alt səviyyədə reallaşan görüşlərdə əsasən 'təhlükəsiz bölgə' mövzusu müzakirə edilib. İkinci görüş Ayn İsa-da keçirilib. ABŞ Mərkəzi Qüvvələr (CENTCOM) komandiri general Cozef Votel burada PKK / PYD terrorçubaşısı 'Mazlum Kobani' kod adlı Şahin Cilo ilə görüşüb. Ayn İsa-dakı Amerika bazasında təşkil edilən yığıncaqda koalisiya qüvvələrinin sahə komandirləri də iştirak edib. Bu görüş Amerika mətbuatında da əks olunub, ancaq görüşün məzmunu ilə bağlı təfərrüat verilməyib. Votellə görüşü ilə bağlı ABŞ mətbuatına açıqlama verən terrorçu Şahin Cilo, "Votel koalisiyanın hərbi varlığını davam etdirə biləcəyi bir təklif üzərində çalışır" deyib.
 
QƏNDILTAM HEYƏTLƏ abş-LA MÜZAKİRƏDƏ
 
Üçüncü və ən əhatəli toplantı isə Ayn əl-Arab-da (Kobani) reallaşdırılıb. ABŞ hərbi bazasında təşkil olunan görüşməyə terror təşkilatı PKK-nın Qəndil və Suriyadakı uzantılarından ibarət böyük nümayəndə heyəti də qatılıb. 'Mazlum Kobani' kod adlı Şahin Cilo, Sinema Gabriel, Cemal Əbu Cümə, Əbdülməlik Berd, Novruz Əhməd, Əhməd əbu Hole, Harun Koçer, Bender Eldehham, Rojda Hələb, Siyabend Welat, Həsən Kamışlo, Tolheldan Raman, Leyla Kani, Jiyan Tolheldan, Elder Xəlil və Leyla Abdullahın yer aldığı görüşdə, terrorçuların həmsöhbəti bu dəfə Votel deyil, ABŞ-lı səfir William Roebuck olub. Roebuck ABŞ-ı və koalisiya qüvvələrini təmsil edən 7 nəfərlik nümayəndə heyəti ilə yığıncağa qatılıb.
 
ORTAQ TƏHLÜKƏSİZ BÖLGƏ
 
3 saat davam edən görüşdə, ABŞ-lı heyət yığıncaqda terror təşkilatı PKK-nın terrorçubaşı Şahin Cilo-ya 'general' deyə xitab edib. PKK / PYD-nin bölgədəki fəaliyyətlərinin müzakirə olunduğu yığıncağın ana gündəmini təhlükəsiz bölgə mövzusu təşkil edib. ABŞ nümayəndə heyəti yaradılacaq təhlükəsiz bölgənin nəzarətini birlikdə təmin etmək sözü verib. Bunun üçün yaradılacaq gücə terrorçu Şahin Cilo və bir ABŞ-lı zabitin rəhbərlik etməsi gündəmə gətirilib. Əvvəldən yığıncağa 'rəsmi' xüsusiyyəti verdikləri üçün ABŞ PKK ilə görüşəndən sonra terrorçuları tərəf müqabil kimi qəbul etdiklərini ortaya qoydu. Yığıncaqda həmçinin “Zeytun Budağı” və “Fərat Qalxanı” bölgələri də əmüzakirə olunub.
Müxalifət.az