ABŞ Türkiyəyə “Patriot” satışına razılıq verdi

Baxış sayı:
4885

ABŞ-ın Xarici İşlər Nazirliyi 3.5 milyard dollar dəyərində “Patriot” hava və raket müdafiə sistemlərinin Türkiyəyə satışına razılıq verib.
 
ABŞ-ın Müdafiə Nazirliyinə (Pentaqon) bağlı Müdafiə Təhlükəsizlik Əməkdaşlıq Agentliyi söz mövzusu satışın təsdiq edildiyinə dair yazılı açıqlama verib.
Edilən açıqlamada, "Xarici İşlər Nazirliyi 3.5 milyard dollar dəyərində 80 MIM-104e Nəzarəti Yüksəldilmiş Patriot raketi, 60 İrəli Qabiliyyət Patriot-3 (PAC-3) raketi və müvafiq avadanlıq satışını təsdiq etməyə qərar verdi. Müdafiə Təhlükəsizlik Əməkdaşlıq Agentliyi bu satış məsələsində bu gün Konqresi məlumatlandırıb" deyə bildirilib.
Bundan başqa, sözügedən müdafiə sistemi paketinə 4 AN/MQP-65 radar səddi, 4 kilidlənmə nəzarət sistemi, 10 antena dirək qrupları, 20 M903 atma stansiyası, 5 elektrik stansiyası ilə yanaşı, rabitə avadanlıqları, test cihazları, mənzil proqramları və dəstək avadanlıqlarının da daxil olduğu ifadə edilib.
Satışın təsdiq olunmasının Türkiyənin hava müdafiə qabiliyyətinə əhəmiyyətli çeviklik qazandıracağı ifadə edilən açıqlamada, "Hava və raket təhdidləri ilə başqa hücumları çəkindirmə qabiliyyətinə malik etibarlı Türkiyə, NATO və Avropa qitəsində sülh və sabitliyi təmin edəcəkdir". deyilib.
Məsələyə dair yazılı açıqlama verən ABŞ Xarici İşlər Nazirliyinin rəsmisi isə bu ifadələri işlədib:
“Təklif olunan bu satış əhəmiyyətli bir NATO müttəfiqinin təhlükəsizliyini artıraraq və müttəfiqləri və tərəfdaşları hava və raket təhdidlərinə qarşı qorumaq səylərinə töhfə olaraq ABŞ-ın xarici siyasətinə və milli təhlükəsizliyinə də töhfə verəcəkdir. Türkiyə, hava və raket müdafiə qabiliyyətini inkişaf etdirmək, ərazi bütövlüyünü müdafiə etmək və regional təhdidləri qarşısını almaq üçün Patriotları istifadə edəcəkdir. Təklif olunan satış Türk ordusunun düşmənçilik hücumlara qarşı qorunma və Türkiyənin sərhədləri içində olan NATO müttəfiqlərini qorumaq məqsədli müdafiə qabiliyyətlərini artıracaqdır".
Müxalifət.az