ABŞ-ın Türkiyəyə hücumunun arxasındakı 9 SİRR

Baxış sayı:
2116

ABŞ-ın Türkiyəyə qarşı iqtisadi hücumları dünyanın əsas gündəmidir. NATO-da müttəfiq olan iki ölkə arasındakı qarşıdurma getdikcə qızışır. ABŞ prezidenti Donald Tramp İran və Rusiyaya sanksiyalar tətbiq etməklə yanaşı. Türkiyəyə qarşı da analoji addımlar atdı. Ankara-Vaşinqton boranının Türkiyədə amerikalı rahib Endryu Brunsonun həbs edilməsi əsas götürülsə də, qarşıdurmanın altında daha dərin səbəblər olduğu deyilir.
“haber7” saytı ABŞ və Türkiyə arasındakı problemlərin daha dərin köklərə malik olduğunu yazıb.
- Türkiyə ilə ABŞ arasında hələ də davam edən ən böyük problem Vaşinqtonun PKK-nın Suriya qolu olan PYD-yə silah verməsidir. Bu, barak Obama dövründən başlayıb, Tramp tərəfindən davam etdirilir;
- Türkiyədə dövlət çevrilişinə cəhd edən FETÖ terror təşkilatının lideri Fətullah Gülənin ABŞ tərəfindən qorunması və Ankaranın bütün tələblərinə rəğmən, təhvil vermilməməsi;
- ABŞ-ın Türkiyədəki səfirliyində işləyən casus Metin Topuz məsələsi;
- ABŞ-da “Xalq bank” oyunu, Rza Zərrab üzərindən Türkiyəyə hücum;
- Türkiyənin Rusiyadan S-400 raketlərini almaq istəyi və ABŞ-ın buna qarşı şantajları;
- S-400 raketlərinə görə, Türkiyəyə F-35 raketlərinin satılmasının qarşısının alınması;
- Fələstin məsələsi: Tramp Qüdsü İsrailin paytaxtı kimi tanıdı, Türkiyə Fələstini dəstəklədi;
- İrana sanksiyalara Türkiyənin qoşulmaması;
- Nəhayət, rahib Brunson məsələsi: