ABŞ Türkiyənin YPG-yə cavab atəşindən NARAHATDIR

ABŞ rəhbərliyi altında mübarizə aparan İŞİD əleyhinə koalisiyanın sözçüsü polkovnik Rayan Dillon Türkiyənin Afrin bölgəsində YPG-nın hücum atəşinə cavab verməsinə münasibət bildirib.
 
Dillon YPG-ni Rakka əməliyyatından uzaqlaşdıracaq hər bir müdaxilədən narahat olduğunu bildirib.
Dillon Afrin bölgəsinin onların nəzarətində olmadığını, Rakka əməliyyatının üçüncü mərhələsində olduqlarını və bütün qüvvələrin oraya yeridilməsinin vacibliyini vurğulayıb.