“ABŞ Türkiyənin Suriyadakı əməliyyatını dayandırmaq istəmir” - POMPEO

Baxış sayı:
598

Ankarada səfərdə olan ABŞ-ın Dövlət katibi Mayk Pompeo Türkiyəyə səfərinin məqsədini açıqlayıb.

Pompeonun sözlərinə görə, o, Türkiyəyə ölkələr arasında əməkdaşlığın qırılmasını elan etmək üçün gəlməyib:

“Biz Türkiyə ilə əlaqələri qırmaq istəmirik. O da, biz də NATO üzvüyük. Təhlükəsizlik sahəsində ümumi maraqlarımız var”.

Pompeo əlavə edib ki, ABŞ Türkiyənin Suriyanın şimalında başlatdığı “Sülh Çeşməsi” əməliyyatını dayandırmaq istəmir və istənilən halda prezident Rəcəb Tayyib Ərdoğanla görüşmək niyyətindədir.

Xatırladaq ki, Ərdoğan Pompeo ilə görüşmək fikrində olmadığını demişdi./qafqazinfo