ABŞ-ın Türkiyənin S-400 almasının NİYƏ ƏLEYHİNƏ OLDUĞU BƏLLİ OLDU

Baxış sayı:
7495

Türkiyənin Rusiyadan hava müdafiə sistemi S-400 almaması üçün səy göstərən ABŞ-ın Hərbi Hava Qüvvələri komandanı Hazer Uilson, "Rusiyanın S-400-ləri hava nəzarət və idarəetmə təyyarələrimizi vurar" - deyib.
 
Uilson, bir müharibə çıxdığı təqdirdə ABŞ-ın hava nəzarəti üçün ən çox güvəndiyi “Northrop Grumman E-8” nəzarət, idarəetmə təyyarələri və “JSTARS” radar sisteminin də S-400 qarşısında təsirsiz qalacağını deyib.
 
S-400 ÜÇÜN ASAN HƏDƏFLƏR
 
Amerikanın “Newsweek”-in xəbərinə görə, Uilson," Bu təyyarələr, modernləşmədən sonra da Rus və Çin texnologiyaları üçün asan hədəf olacaq" deyib.
S-400-lərin təsirindən bəhs edən Uilson, “JSTARS sistemi ilə təchiz edilən təyyarələrimiz, qurudan havaya tipli raketlərlə müharibənin ilk günündə vurular" deyə, etiraf edib.
 
POMPEO: "TÜRKİYƏNİN S-400 ALMAMASI ÜÇÜN ÇALIŞIRIQ
 
ABŞ-ın Konqresinin Nümayəndələr Palatasının Xarici Əlaqələr Komissiyasının iclasında danışan dövlət katibi Pompeo, Türkiyənin Rusiyadan S-400 hava müdafiə sistemlərini almaması üçün çalışdıqlarını, bunun baş tutmayacağına ümid etdiklərini bildirib.
Pompeo, "Türkiyənin S-400 almaması üçün işlərimizi davam etdiririk. Onlar hələlik bunu almayıblar və almayacaqlarına da ümid edirəm" deyə, söyləyib.
Bu etiraf və açıqlama bir daha sübut edir ki, ABŞ-ın dərdi heç də Türkiyənin almaq istədiyi Rusiyanın S-400 sistemlərinin NATO sistemlərinə inteqrasiya oluna bilməyəcəyi əndişəsi deyil. Əksinə, ABŞ Türkiyənin bu sistemlərlə güclənib, gələcəkdə bu sistemləri ABŞ əleyhində istifadə edə biləcəyindən narahatdır. Çünki Türkiyə əleyhində terrorçularla iş birliyi və hər cür iqtisadi, siyasi hücumların fərqindədir.
Müxalifət.az