ABŞ-ın Türkiyənin S-400 almasına qarşı çıxmasının SİRRİ
“ABŞ Türkiyənin Rusiyadan S-400 hava hücumundan müdafiə sistemlərini almasına qarşı çıxır, çünki, öz təsirini itirmək istəmir”.
Muxalifet.az xəbər verir ki, bu barədə rusiyalı ekspert Aleksandr Jillin ABŞ və NATO-nun S-400-lə bağlı Türkiyəyə təzyiq etməsini şərh edərkən bildirib.
Rusiyalı ekspert deyir ki, NATO bu gün hər kəsin “yeganə müdir” olan Vaşinqtona boyun əydiyi düşərgədir: “Bu, “müdir” silahın kimdən və nə qədər alınacağını müəyyənləşdirir. ABŞ “müdir” olduğu düşərgədə təsirini itirmək istəmir. Buna görə də Türkiyəyə qarşı çıxır”.
Onun sözlərinə görə, S-400-lər Türkiyəni qoruyacaq.
“Bir dəli baş əyməyən Türkiyəni vurmaq qərarına gəlsə, S-400-lər buna imkan verməyəcək. Daha açıq danışsaq, bu sistem ABŞ-ın döyüş təyyarələrini vuracaq”, - deyə o bildirib.