​ABŞ Türkiyənin İncirlik hərbi bazasından nüvə silahını çıxarmaq istəyir – İKİ ÖLKƏ ARASINDAKI İTTİFAQ BİTƏCƏK, YOXSA...

Baxış sayı:
7156

Amerika höküməti Türkiyənin İncirlik hərbi bazasındakı 50 ədəd B61 atom aviabombasını çıxarmağı nəzərdən keçirir.

Müxalifət.az xəbər verir ki, bu haqda “The New York Times” qəzetin dövlətin yuxarı dairələrindəki mənbələrə əsaslanaraq informasiya yayıb.
Məlumata görə, bu məsələ ilə nüvə arsenalının saxlanmasına cavabdeh olan ABŞ-ın Energetika Nazirliyi və Dövlət Departamentinin rəsmiləri məşğuldurlar.
Maraqlıdır ki, bu məsələ ABŞ-ın dəstəklədiyi kürd yaraqlılarının qarşısını almaq  məqsədilə 9 oktyabrda başladılan əməliyyat zamanı qaldırılıb.
Bu arada, yüksək çinli dövlət rəsmilərindən birinin sözlərinə görə, ABŞ-ın Türkiyədəki nüvə silahları hazırda prezident Rəcəb Tayyib Ərdoğanın girovudur. Bu silahın oradan çıxarılması Türkiyə-Amerika ittifaqının sona çatdığı mənasına gəlir. Amma orada qalması Türkiyədən asılılığı uzadacaq.
Əldə olan məlumatlara görə, ABŞ-ın ümumilikdə 150 nüvə bombası saxlanılan 5 hərbi bazası var. Almaniyada, Hollandiyada, Belçikada - hər ölkədə 20 ədəd, habelə İtaliyada 40 və Türkiyədə 50 ədəddir.
Xatırladaq ki, bazar ertəsi ABŞ maliyyə naziri  Türkiyəyə cavab kimi bu ölkənin Müdafiə və Energetika nazirliklərinə qarşı   sanksiyaların işə düşdüyünü bəyan etdi. Siyahıda, xüsusən də Türkiyənin müdafiə naziri Hulusi Akar, daxili işlər nazirı Süleyman Soylu və energetika naziri Fatih Dönməzin adları var.
 
Muxalifet.az