ABŞ Türkiyənin Aralıq dənizdə neft axtarışından narahatdır!

Baxış sayı:
5230

Ötən günlərdə iki təyyarə gəmisini Aralıq dənizinə göndərən Vaşinqton rəhbərliyi, regionda özünün hər istəyini yerinə yetirən Cənubi Kipri qoruması altına alır. ABŞ Xarici İşlər Nazirliyinin sözçüsü Margan Ortagus Türkiyənin dənizdə neft-qaz kəşfiyyat fəaliyyətlərindən narahatlıq duyduqlarını deyib.
 
Margan Ortagus Türk gəmilərinin Şərqi Aralıq dənizindəki karbohidrogen axtarma fəaliyyətlərinə dair yazılı bəyanat verib.
Margan Ortagus açıqlamasında, bu ifadələrə yer verib: "ABŞ Türkiyənin Cənubi Kiprin məhdudlaşdırılmış iqtisadi zona kimi təsvir etdiyi sahədə qazma işləri aparmaq niyyətindən dərin narahatlıq duyur. Bu addım olduqca təxribat xarakterlidir və bölgədə təzyiqi artırmaq riski daşıyır. Türk rəsmilərinin bu fəaliyyətləri dayandırmağa və bütün tərəfləri təmkinə dəvət edirik".
Qeyd edək ki, Şimali Kipr Türk Cümhuriyyətində (Şimali Kipr) təmaslarda olan Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu, Türkiyənin lazımi addımlar atdığını və Şimali Kiprin rüsxət verdiyi sahələrdə qazma və tədqiqat gəmilərinin fəaliyyətlərinə başladığını söyləmişdi.
Müxalifət.az