ABŞ Türkiyəni TƏHDİD ETDİ: “Ya qəbul edərsiniz, ya da ...”

Baxış sayı:
16675

ABŞ-ın demokrat-senatoru Bob Menendez, Türkiyənin Rusiyadan alacağı S-400 hava hücumundan müdafiə sistemləri ilə, beşinci nəsil ABŞ F-35 hərbi təyyarələri arasında seçim etməsi lazım olduğunu söyləyib. Bu barədə “RİA Novosti” xəbər verir.
Muxalifet.az xəbər verir ki, senatorun sözlərinə görə, əks təqdirdə ABŞ Türkiyəyə sanksiya tətbiq edəcək.
“Əgər prezidenti Rəcəb Tayyib Ərdoğan S-400 raket sistemini əldə etmək, alqı-satqını və quraşdırılmasını tələb edirsə, onda mənim əvvəllər (Konqresə) təqdim etdiyim qanun layihəsi əsasında Türkiyəyə sanksiyalar tətbiq olunacaq”, – Menendes deyib.
“ABŞ hərbi tərəfdaşına qarşı sanksiyalar tətbiq edilməsini istəmir. S-400 sistemi isə NATO-nun standartlarına uyğun deyil. S-400-in yanında F-35 hərbi təyyarələrinin olması mümükün deyil və bu heç vaxt baş verməyəcək”, – deyə senator əlavə edib.
Türkiyə Rusiyadan alacağı S-400 hava hücumundan müdafiə sistemlərindən imtina edərsə, ABŞ bu ölkəyə F-35 təyyarələri verəcəyi vurğulanıb.