ABŞ TÜRKİYƏNİ “MÜHASİRƏYƏ ALIR”? –Vaşinqton və Afina arasındakı müdafiə müqaviləsinin şok detalları...

Baxış sayı:
873

Bu gün - 2021-ci il, oktyabrın 15-də Amerikada Afina ilə Vaşainqton arasında yeni müdafiə müqaviləsi imzalanıb.

Qafqaz.media xəbər verir ki, Yunanıstanın ana müxalifət partiyası "SYRIZA-Progressive Alliance" bu müqavilənin Yunanıstanı istənilməyən regional gərginliyə cəlb edə biləcəyini söyləyib. Qeyd edək ki, bu partiyanın rəhbəri Aleksis Tsiprasdır.

Ümumiyyətlə, son dönəmdə ABŞ-ın Yunanıstanın ərazisindən istifadə etməklə, hərbi bazalar qurmaqla Türkiyəni "mühasirəyə alma" siyasəti həyata keçirdiyi özünü açıq şəkildə göstərir.

Tərəflərin açıqlamasında qeyd olunur ki, Yunanıstanın şimalındakı Aleksandropolis şəhərində ABŞ qoşunlarının Bolqarıstan və Rumıniyaya tez bir zamanda yerləşdirilməsinə imkan verən bir hərbi qurğu ilə bağlı müddəa da müqaviləyə daxil edilmişdir.

"Bu addım, Yunanıstanı Qara dənizdəki potensial gərginlik cəbhəsinə itələyə bilər", - Aleksis Tsipras deyir.

Əslində isə, Yunanıstanın Aleksandropolis şəhərində ABŞ qoşunlarının tez zamanda yerləşdirilməsini əksinə də başa düşmək olar. Yəni Bolqarıstan və Rumıniyadan qoşunları çevik şəkildə Yunanıstana daşımaq üçün də Aleksandropolisə bu qurğular yerləşdirilə bilər...

Muxalifet.az