ABŞ Türkiyəni İŞİD-lə HƏDƏLƏDİ - Yaxın günlərdə DƏHŞƏTLİ HÜCUM BAŞLANIR

Baxış sayı:
6400

Pentaqon Türkiyənin Suriyanın şimalında həyata keçirmək niyyətində olan hərbi əməliyyatda iştirak etməyəcək.
Muxalifet.az
“RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu haqda Türkiyə və ABŞ prezidentləri – Rəcəb Tayyib Ərdoğan və Donald Trampın ötən gün etdiyi telefon söhbətindən sonra dərc edilmiş Ağ Evin press-relizində deyilir.
Vaşinqtonda təsdiq ediblər ki, Türkiyə tərəfindən planlaşdırılmış əməliyyat tezliklə başlanacaq.
"Türkiyə yaxın zamanda Suriyanın şimalında uzun müddətdir planlaşdırdığı əməliyyat üçün hərəkətə keçəcək. ABŞ Silahlı Qüvvələri bu əməliyyatı dəstəkləməyəcək, ya da bu əməliyyatda daxil olmayacaq", - açıqlamada bildirilib.
Həmçinin, vurğulanıb ki, İŞİD-i məğlub edən ABŞ gücləri artıq bu bölgələrdə olmayacaq. Ağ Ev bildirib ki, indi Türkiyə son iki il ərzində əsir götürülmüş İŞİD-in bütün döyüşçüləri üçün məsuliyyət daşıyacaq.
İki gün əvvəl Ərdoğan bildirib ki, Suriyanın şimalında – Fərat çayının şərqində əməliyyat haqqında qərar yaxın günlərdə qəbul edilə bilər. O əlavə edib ki, bölgənin terror qruplaşmalarından təmizləməsi, təhlükəsizlik zonasının yaradılması və burada Türkiyədə olan suriyalı qaçqınların yerləşdirilməsi əməliyyatın hədəfi olacaq.
ABŞ tərəfindən dəstəklənən “Suriya Demokratik Gücləri” (əsas hissəsini kürd qruplaşmaları təşkil edir –red.) Mustafa Bali Türkiyəni "total müharibə” ilə hədələyib.