​ABŞ Türkiyəni F-35-lərlə vura bilmədi - Trampın növbəti sanskiya arzusu puça çıxdı

Baxış sayı:
8089

ABŞ prezidenti Donald Tramp Müdafiə Nazirliyinin (Pentaqon) 2019-cu il üçün nəzərdə tutulan büdcəsini təsdiq edib.
Büdcə layihəsində Türkiyəyə satılacaq “F-35” tipli qırıcıların təslimini təxirə salmasını ehtiva edən maddə əlavə edilib və qırıcıların Türkiyəyə təslim edilməsi təxirə salınıb.
Rəsmi Ankaranın məlumatına görə, bu qanun layihəsi Türkiyəyə yeni sanksiyalar vəd etmir.
Belə ki, Trampın təsdiq etdiyi 2019 Milli Müdafiə Səlahiyyətləri qanununda iddiaların əksinə, Türkiyənin F-35 proqramına qoşulması ilə bağlı hər hansı məhdudiyyətlər yoxdur.
Qanun layihəsi sadəcə Türkiyə Müdafiə Nazirliyinin 90 gün ərzində Türkiyə və ABŞ əlaqələrinin hazırkı vəziyyətinə dair hesabat hazırlamasını tələb edir. Və bu sənəd təqdim edilənə qədər qırıcıların Türkiyəyə transferini məhdudlaşdırır. Qanun Türkiyənin F-35 proqramına qatılmasımı əngəlləmir.
Xatırladaq ki, bu ilin iyun ayında iki ədəd F-35 təyyarəsi türk pilotların təlim keçməsi üçün Luke hava bazasında yerləşdirilib və bu təlimlər 2 il davam edəcək. Təlimlər bitənə qədər isə qırıcılar Türkiyə pilotlarının ixtiyarında qalacaq.
Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp Nyu-York ştatındakı Fort Drum hərbi bazasında Pentaqonun 2019-cu il büdcəsini imzalayıb. Tramp bu büdcə ilə nüvə silahlarına ciddi məbləğdə sərmayə qoyacaqlarını bildirib. (Publika)