ABŞ-ın Türkiyədən tələb etdiyi rahibin ƏSL KİMLİYİ – Sensasion faktlar...

Baxış sayı:
1999

Türkiyə ilə ABŞ arasında diplomatik böhrana və Türkiyənin iki nazirinin maliyyə sanksiyasına məruz qalmasına səbəb olan amerikalı rahib Endryu Kreyq Branson haqqında şok iddia yayılıb.

Muxalifet.az publika.az-a istinadən xəbər verir ki, özünü din xadimi kimi təqdim edən Bransonun daha öncə ABŞ Xüsusi Qüvvələri və Pentaqonda işlədiyi üzə çıxıb.

Təhlükəsizlik və terror mütəxəssisi Coşqun Başbuğ rahibin Mərkəzi Kəşfiyyatı İdarəsində uğurlu fəaliyyətindən dolayı Türkiyəyə agent kimi göndərildiyini bildirib. İddiaya görə, Branson din xadimi obrazında Amerikanın Türkiyədəki qara qutusu təyin edilib. Mütəxəssisin fikrincə, bu qara qutu oxunarsa, Amerikanın Türkiyə ilə bağlı bütün çirkli planları ortaya çıxacaq.

Qeyd edək ki, Endryu Branson 2016-cı ildə Türkiyənin İzmir şəhərində həbs edilib. Ona mütəşəkkil dəstəyə üzv olmaq və bu təşkilat adına cinayət işlətmək ittihamı ilə 15, dövlətin gizli bilgilərini sızdırmaq ittihamı ilə 20 il həbs cəzası tələb edilib. Məhkəmənin qərarı ilə o, ev həbsi alıb.