ABŞ-a Türkiyədən soyuq duş: Türk xalqı İncirlik bazasının bağlanmasını istəyir

Baxış sayı:
6352

Türkiyə ilə ABŞ münasibətləri bir daha tarixi bir sınaqdan keçir. Türkiyə Suriyanın şimalındakı terror ünsürlərini təmizləyib, 4 milyon Suriyalını evə qaytarmaq istərkən, ABŞ mövqeyini birmənalı şəkildə ortaya qoymur. ABŞ prezidenti Donald Trampın "Suriyadan çəkiləcəyik” açıqlamasının üzərindən 2 ay keçməsinə baxmayaraq konkret bir addım atılmayıb.
 
ABŞ NƏBZ YOXLADI
 
 Açıqlamanın tam əksinə, regiona yeni silah və əsgər daşıyan ABŞ, Almaniya, Fransa və İngiltərənin də aralarında olduğu ölkələrlə "Türkiyəsiz həll axtarışına” diqqət çəkməyə başlayıb. Türkiyənin "təhlükəsiz bölgə” qurmağı planlaşdırdığı Fəratın şərqində, Türkiyə oyundan kənar edərək digər koalisiya ölkələri ilə “müşahidə gücü” qurma məsələsini müzakirə edib. Bu təşəbbüsü ictimaiyyət ilə bölüşən ABŞ müdafiə naziri vəkili Patrik Şanahan, srağagün Brüsseldə keçirilən NATO Müdafiə Nazirləri Toplantısında nəbz yoxlaması keçirib.
 
İCTİMAİYYƏT TƏPKİLİDİR
 
 Bir tərəfdən Suriyadan çəkiləcəyini açıqlayan, digər tərəfdən də bölgəyə yerləşib, terror təşkilatlarına dəstək verməyə davam edən ABŞ-a qarşı Türk ictimaiyyətində qəzəb get-gedə böyüyür. Türk xalqının böyük əksəriyyəti Suriya, terror təşkilatı PKK və FETÖ məsələsində Türkiyənin yanında yer almayan ABŞ-a qarşı addımlar atılmasını və ilk olaraq da İncirlik bazasının qapadılmasını istəyir. İncirlik bazası inşasına başlandığı 1951-ci ildən bəri yalnız Türkiyə əleyhinə layihələrin planlaşdırıldığı yer olub. 15 iyuldakı FETÖ-çu çevriliş cəhdi buradan idarə olunduğu kimi, terror təşkilatı PKK/PYD-yə minlərlə TIR silah da buradan gedib.
 
SORĞULAR "BAĞLANSIN” DEYİR
 
 2017-ci ildə elektron mühitdə aparılan 45 min nəfərin iştirak etdiyi sorğuda, "Sizcə, Adanadakı İncirlik bazası ABŞ-ın üzünə bağlanmalıdır" sualına iştirakçıların 97 faizi “BƏLİ” cavabını vermişdi. 45 minlik nəhəng sorğuda əhalinin əksəriyyəti İncirlik bazasının ABŞ-ın istifadəsi üçün qapadılmasını istəmişdi. Bazanın fəaliyyətinin davamından yana olanların nisbəti yalnız 3 faizdə qalmışdı.
Müxalifət.az