​ABŞ Türkiyədəki vətəndaşlarına müraciət etdi – “EHTİYATLI OLUN!”

ABŞ-ın Türkiyədəki səfirliyi bu ölkədə ötən il baş vermiş dövlət çevrilişinə cəhdin ildönümü ilə əlaqədar öz vətəndaşlarını ehtiyatlı olmağa çağırıb.
Səfirlik 15-16 iyul tarixlərində genişmiqyaslı tədbirlərin və aksiyaların keçiriləcəyini bildirib. Məlumatda qeyd olunur ki, bu cür kütləvi aksiyalar "zorakılıq və qarşıdurma riski" daşıyır.
ABŞ səfirliyi öz vətəndaşlarına bu günlərdə daha diqqətli davranmağa, kütləvi yerlərdən uzaq durmağa çağırır.