​ABŞ Türkiyədəki səfirliyinin fəaliyyətini dayandırır

Baxış sayı:
3907

ABŞ-ın Ankaradakı səfirliyi martın 5-də fəaliyyətini dayandıracaq. Bu addımın təhlükəsizlik məqsədi ilə atıldığı bildirilir.
"RİA Novosti" xəbər verir ki, bu barədə Amerika diplomatik nümayəndəliyinin yaydığı bəyanatda deyilir.
"Ankaradakı səfirlik ABŞ vətəndaşlarını martın 5-də təhlükəsizlik təhdidləri ilə əlaqədar işləməyəcəyi barədə məlumatlandırır. Səfirlik fəaliyyətinin bərpa olunduğunu sonradan elan edəcək", - deyə bəyanatda qeyd edilir.