ABŞ-ın Türkiyədə neçə nüvə silahı var?

Şimali Atlantika Müqaviləsi Təşkilatının (NATO) nüvə mübadilə proqramı çərçivəsində ABŞ, soyuq müharibə dövründə Türkiyə, o cümlədən Avropadakı bəzi ittifaq üzvü olan ölkələrə nüvə silahı yerləşdirib.
 
 ABŞ-ın 1960-cı illərdə yerləşdirdiyi bu silahların bir hissəsi hələ də Türkiyədə yerləşir. Sözügedən nüvə silahlar Vaşinqton ilə Ankara arasında 1950-ci illərin sonlarında keçirilən müzakirələr nəticəsində 1960-cı ilin əvvəllərində yerləşdirilmişdi. Bu silahlardan B61 tipli bombalar, hazırda Adanadakı İncirlik Hava Bazasında yerləşir. Digər tərəfdən həmin dövrdə yerləşdirilən nüvə başlıqlı Yupiter raketləri Türkiyə tərəfindən yalnız 1961 və 1963 illər arasındakı qısa müddət ərzində mühafizə edilə bildi. Sözügedən raketlər soyuq müharibənin mərkəz ölkələri ABŞ ilə Sovetlər Birliyi arasında (SSRİ) baş verən “Kuba Raket Böhranı” nəticəsində 1963-cü ilin aprelində Türkiyədən çıxarılmışdı. NATO tərəfindən də qeyd edilən Amerika Elm Adamları Federasiyasının (FAS) məlumatlarına görə, Türkiyədəki B61 bombalarının sayının 50 olduğu ehtimal edilir.
Müxalifət.az