ABŞ-ın TÜRKİYƏDƏ 50 NÜVƏ SİLAHI VAR

Hurriyyet.org xəbər verir ki, TBMM 14 ölkədə təqribən 15 000 ədəd nüvə silahının olduğunu, aralarında Türkiyənin də olduğu beş NATO ölkəsində 150 ədəd nüvə silahı olduğunu bildirib.
ABŞ ilə Şimali Koreya arasında nüvə silahı sınaqları səbəbindən gərginlik olduğu bir dövrdə, TBMM, dünyadakı silah sayı barədə araşdırma aparıb. TBMM, ABŞ ilə Türkiyənin də arasında olduğu 5 NATO ölkəsində 150 nüvə silahı olduğunu bildirib. TBMM Araşdırma Xidmətləri İdarəsi “Nüvə silahı ilə bağlı məlumatlar” adlı araşdırma hesabatında maraqlı məlumatlar verib. 2017-ci ilin iyulu tarixi etibarı ilə 14 ölkədə 107 sahədə 15 000 civarıbda nüvə silahı olduğu təxmin edilən hesabatda bunlar qeyd edilib.
 
ABŞ – 150 nüvə silahı
“Bu silahlardan 9 min 400 ədədi hərbi istifadə üçün cəbbəxanalardadır, qalanları isə yox edilmək üçün növbədədirlər.
Cəbbəxanalardakı silahların 4 150 ədədi hər bir an istifadəyə hazır vəziyyətdədir, 1800 ədədi isə qısa müddət ərzində istifadəyə hazır hala gətirilə biləcək səviyyədədirlər.
Dünya nüvə silahı ehtiyatının çox böyük bir qismi (93%) Rusiya ilə ABŞ-ın əlindədir. Bunlara əlavə olaraq, daha yeddi ölkədə nüvə silahı var: İngiltərə, Fransa, Çin İsrail, Hindistan, Rakistan və Şimali Koreya”.
Türkiyədə nüvə silahı olduğu barədə məlumat da TBMM-in hazırladığı hesabatda qeyd edilib.
Hesabatda deyilir: “Nüvə silahına sahib olmayan beş NATO üzvü (Belçika, Almaniya, İtaliya, Hollandiya və Türkiyə) ölkədə yerləşən 6 hava bazasında 150 ədədə yaxın nüvə silahı vardır”.
Hesabatda, nüvə silahı sahibi olan 9 ölkədən 5-nin (ABŞ, Çin, Rusiya, Fransa, İngiltərə) Nüvə Silahının Qadağan Edilməsi Müqaviləsi çərçvəsində “nüvə silahı sahibi ölkə statusunda olduğu, Hindistan, Pakistan və İsrailin bu müqavilədə heç vaxt iştirak eləmədikləri halda nüvə silahına sahib olduğu bildirilir.
 
Şimali Koreya müzavilədən imtina edib
Hesabatda Şimali Koreyanın isə 2003-cü ildə Nüvə Silahının Qadağan Edilməsi Müqaviləsindən çıxaraq, nüvə silahı yaratmaq layihəsini reallaşdırdığı vurğulanıb.
Hesabatdakı məlumatlara görə, Rusiyanın 7 min, ABŞ-ın 6800, Fransanın 300, Çinin 260, İngiltərənin 215, Pakistanın 130, Hindistanın 120, İsrailin 80, Şimali Koreyanın 10 ədəd nüvə silahı var.
 
20 ədəd B61 olduğu güman edilir
Şimali Atlantika Müqaviləsi Təşkilatının (NATO) nüvə paylaşması proqramı çərçvəsində ABŞ, soyuq müharibə dövründə, Türkiyə daxil olmaqla, Avropadakı bəzi İttifaq üzvü ölkələrdə silah yerləşdirmişdi. ABŞ-ın 1960-cı illərdə yerləşdirdiyi bu silahların bir qismi hələ də Türkyədə qalmaqdadır. Bu nüvə silahları, Vaşinqton ilə Ankara arasında 1950-ci illərin sonunda aparılan danışıqlar nəticəsində, 1960-cı illərin əvvəllərində yerləşdirilmişdi. Bu silahlardan B61 tipli bombalar hələ də Adanadakı İncirlik Hava Bazasında yerləşir.
Amerika Alimlər Federasiyasının (FAS) məlumatına görə, Türkiyədəki B61 tipli bombaların sayı 50-yə bərabərdir.