​ABŞ-ın Türkiyə tələsi: Terrorçuların psixoloji məğlubiyyəti...

Baxış sayı:
13480

ABŞ-ın bufer zona ilə bağlı Türkiyəyə təklifi tələ ola bilər.
Muxalifet.az xəbər verir ki, bu sözləri türkiyəli təhlükəsizlik və terrorizmlə mübarizə üzrə mütəxəssis Abdullah Ağar deyib.
“Türkiyənin hər yerindən sərhədə qoşun yeridilir. Bu qoşunların sayı “Zeytun budağı” və “Fərat Qalxanı” əməliyyatlarında iştirak edən hərbçilərin sayından 5 dəfə çoxdur. Cümhuriyyət tarixinin ən böyük əməliyyatı saymaq olar”.
Ekspert əlavə edib ki, ordu bölmələri birbaşa deyil, mərhələli şəkildə əməliyyatlara start verə bilər:
“Terror qruplaşmasının nəzarətində olan Tel-Abyad və Ayn əl-Ərəb şəhərləri böyük önəm kəsb edir. Bu iki mərkəzin alınması terrorçuların psixoloji məğlubiyyətini də bərabərində gətirəcək”.